axin.az

SON DƏQİQƏ

Avropa İttifaqı böyük işsizlik dalğasına düçar ola bilər

20-05-2020, 21:29

Avropa İttifaqı böyük işsizlik dalğasına düçar ola bilərYaxın vaxtlarda Avropa İttifaqının 27 üzv ölkəsində 30 milyondan artıq adam iş yerlərini itirə bilər.

Axın.az xəbər verir ki, bu barədə keçirdiyi onlayn brifinqdə İttifaqın iş yerləri və sosial hüquqlar üzrə komissarı Nikolas Şmit bildirib.

O, iş yerlərini itirən şəxslərin hazırda qismən məşğulluq vəziyyətində olduqlarını diqqətə çatdırıb:

“Təcili tədbirlər görülməsə, qismən məşğulluq tam bir işsizliklə əvəzlənə bilər. ABŞ işsizliklə bağlı vəziyyətin cəmi bir ay ərzində partlayışa düçar olduğunu bizə əyani göstərdi. Avropa belə bir şeyə yol verə bilməz”.

Komissarın fikrincə, hazırda gənclər (Avropa standartlarına görə 29 yaşadək) arasında işsizliklə mübarizəyə başlıca diqqət yetirilməlidir. Belə ki, hazırda Avropa ölkələrində gənclər arasında işsizlik 50 faiz səviyyəsindədir.

Xatırladaq ki, ötən gün Avropa İttifaqı Şurası koronavirus dövründə məşğulluğun dəstəyinə dair müvəqqəti mexanizmi (SURE) təsdiqləyib. Bu mexanizm çərçivəsində üzv ölkələrə 100 milyard avro məbləğində kreditlər veriləcək və həmin vəsait işçilərinin ən azı bir qismini işdən çıxartmaqdan çəkindirmək üçün işəgötürənlərə güzəştli kreditlərə sərf ediləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA