axin.az

SON DƏQİQƏ

Sərhədlər bağlı olsa da, narkotik maddələr Avropaya yol tapır

30-04-2020, 21:26

Sərhədlər bağlı olsa da, narkotik maddələr Avropaya yol tapırKoronavirus səbəbindən sərhədlər bağlı olsa da, narkotik maddələr Avropaya yol tapmaqda davam edir.

“Reuters” bu barədə Birləşmiş Millətlər Təşkilatının Narkotiklə və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə (UNODC) istinadla xəbər yayır.

Bildirilir ki, son zamanlar Avropada əvvəlki vaxtlara nisbətən, daha çox narkotik aşkar edilir.

Narkotikin Avropaya əsasən Latın Amerikası ölkələrindən, xüsusilə meyvə yeşiklərində gizlədilərək gətirildiyi qeyd edilir.

Hüquq-mühafizə orqanları Avropanın Latın Amerikası ölkələrindən idxala qadağa qoymadığı üçün bu üsulu “möhtəşəm addım” adlandırırlar.

Bəzi mütəxəssislər hesab edirlər ki, sərhədlərin bağlanması Avropaya narkotik daşınmasına ümumiyyətlə təsir etməyib.

2020-ci ilin ilk rübündə qitədə 17,5 ton kokain aşkar edlib. Bu, 2019-cu illə müqayisədə 20 faiz çoxdur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA