axin.az

SON DƏQİQƏ

Məhkumlarla görüş və sovqat qəbulu dayandırıldı - RƏSMİ

6-03-2020, 13:28

Məhkumlarla görüş və sovqat qəbulu dayandırıldı - RƏSMİƏdliyyə Nazirliyi Pentiensiar Xidmətinin müəssisələrində koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüşlər məhdudlaşdırılıb.

Bu barədə Axin.az-a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məlumat verib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə Penitensiar Xidmətin müəssisələrində də sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir:

“Bütün digər qurumlar kimi Penitensiar Xidmət tərəfindən də koronavirus təhlükəsinin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu məqsədlə Penitensiar Xidmət müəssisələrində saxlanılan şəxslərlə görüş və sovqat qəbulu məhdudlaşdırılıb”.

Xatırladaq ki, Çinin Uhan əyalətində aşkarlanan koronavirus (COVID-19) təhlükəsi qısa zamanda bir çox ölkələrə yayılıb. Ən son məlumata görə, Azərbaycanda 6 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb.

Vətəndaşların təlaşlanmaması üçün onu da əlavə edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, dezinfeksiya tədbirləri etibarlı nəticə verir, sərhəddə karantin nəzarəti isə koronavirusun yayılmasını minimuma endirməyə imkan yaradır.

Ümumilikdə, respublika ərazisində də koronavirus təhlükəsinin yayılmasının qarşısını almaq məqsədilə sanitar-gigiyenik normalar çərçivəsində qabaqlayıcı tədbirlər görülür. Koronavirusa yoluxan insanlardan 40 mindən çoxu aparılan müalicələr nəticəsində sağalıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA