axin.az

SON DƏQİQƏ

DİN-dən İlqar Məmmədovun saxlanılması xəbərinə münasibət

16-02-2020, 14:28

DİN-dən İlqar Məmmədovun saxlanılması xəbərinə münasibətMətbuatda REAL partiyasının sədri İlqar Məmmədovun saxlanılması ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov yayılan xəbərlərə münasibət bildirib.

E.Zahidov “Report”a açıqlamasında deyib:

“Bu gün MSK-nın binası önündə saat 15:00-a gözlənilən razılaşdırılmamış aksiyaöncəsi REAL partiyasının sədri İlqar Məmmədovun, D18 hərəkatının rəhbəri Ruslan İzzətlinin və bir neçə fəalın polis tərəfindən saxlanılmaları barədə xəbərlər məlumatlar reallığı əks etdirmir, çünki hazıra qədər paytaxtdakı polis idarələrinə və bölmələrinə heç kəs gətirilməyib.

Ola bilər, profilaktiki tədbirlər zamanı kimlərsə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu da onların saxlanılması anlamına gəlməməlidir. Yeri gəlmişkən, xatırladım ki, dünən xəbər verdiyimiz kimi, razılaşdırılmamış istənilən aksiyanın baş tutmasına imkan verilməyəcək və qarşısı polis tərəfindən alınacaq”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA