axin.az

SON DƏQİQƏ

MSK müəllimlərin işinə baxmayıb: Nazirlik cəza üçün gözləyir - GƏLİŞMƏ

14-02-2020, 14:20

MSK müəllimlərin işinə baxmayıb: Nazirlik cəza üçün gözləyir - GƏLİŞMƏ9 fevral parlament seçkisində saxtakarlıq etdikləri iddiasıyla görüntüləri paylaşılan müəllimlərlə bağlı Təhsil Nazirliyinə rəsmi müraciət daxil olunmayıb.

Bu barədə Axin.az-in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib. Məlumatda qeyd olunub ki, seçki zamanı dairələr üzrə məntəqə sədrlərinin, seçki iştirakçılarının törətdiyi neqativ hallarla əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq araşdırmaların aparılacaq. Ancaq hələlik Təhsil Nazirliyinə bu məsələ ilə bağlı rəsmi müraciət daxil olmayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə 9 fevralda keçirilən növbədənkənar parlament seçkiləri zamanı bəzi məntəqələrdə pozuntuları əks etdirən video və fotogörüntülər paylaşılıb.

Görüntülərdə sözügedən neqativ halların baş verməsində bəzi komissiya üzvləri, o cümlədən təhsil işçilərinin də iştirakı etdiyi bildirilir. Görüntülərdəki şəxslərin "karusel”ə cəlb edildikləri, qutulara topa bülleten atdıqları, səslərin sayılmasında pozuntuya yol verdikləri iddia olunur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA