Göyçay rayonu seçki saxtakarlığı ilə digər rayonlardan xeyli fərqlənib.Göyçay rayonu Çaxırlı kəndində yerləşən 88 saylı seçki dairəsinin 15 saylı məntəqəsində xeyli qanun pozuntuları baş verib. Belə ki seçicilərin səs verməsinə sədr və üzvlər tərəfindən müdaxilə edilib. Topa bulletenlərin qutuya dəfələrlə atılması halı baş verib və müşahidəçilərin etirazına heç bir əhəmiyyət verilməyib. Bulletenləri öz istəklərinə uyğun hesablaşım heç bir protokol tərtib edilmədən qalib Sabir Hacıyev elan olunmuşdur.Müşahidəcilərin etirazı qarşısında heç bir əhəmiyyət verməyən sədr və üzvlər heç kimdən qorxularının olmadıqlarını və sona qədərdə belə edəcəklərini Sabir Hacıyevi dəstəklədiklərini dəfələrlə qışqıra-qışqıra müşahidəçilərə bildirmişlər.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.