axin.az

SON DƏQİQƏ

Uşaqların 90 faizi koronavirusa evdə yoluxur

20-05-2020, 15:09

Uşaqların 90 faizi koronavirusa evdə yoluxurXroniki xəstəlikləri olanların daha tez yoluxduqları koronavirus uşaqlar üçün də təhlükə törədir.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, bunu Türkiyənin Diyarbəkir şəhərində yerləşən Dəclə Universitetinin həkimi Velat Şen deyib.

O bildirib ki, Diyarbəkirdə bu zamana qədər koronavirusa yoluxan 30 uşağı müalicə edib. Xüsusilə, şəkər, ürək xəstəlikləri olanların xəstəxanada müalicə edilməsi lazımdır.

Həkim qeyd edib ki, yayılmağa başladığı zaman virusun uşaqlara zəif təsir etməsi ilə bağlı fikirlər var idi. Təəssüf ki, bu səbəbdən uşaqları çox qorumadıq. Lakin sonradan bildik ki, koronavirusu uşaqlar daha ağıq keçirə bilər. Buna görə də, xüsusilə indiki mərhələdə yüksək hərarət, davamlı öskürək, şiddətli qarın ağrısı, orqanizmdə baş verən ümümi dəyişikliklər zamanı koronavirusdan şübhələnirik və buna uyğun olaraq müalicəyə başlayırıq:

“Uşaqlarda yoluxmanın 90%-i ev daxilində təmasdan qaynaqlanır. Bu zamana qədər ən kiçiyi üç aylıq olmaqla yanaşı, yeddi, on, on bir aylıq xəstələrimiz də olub. Üç aydan 18 yaşa qədər xəstələrimizi stasionar şəraitdə müalicə etmişik”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA