axin.az

SON DƏQİQƏ

Koronavirusun yeni forması uşaqların həyatı üçün təhlükə törədir

12-05-2020, 16:37

Koronavirusun yeni forması uşaqların həyatı üçün təhlükə törədirNyu-York ştatının və şəhərinin yerli hakimiyyət nümayəndələrinin məlumatına görə, azyaşlılarda koronavirusla əlaqəli olduğu ehtimal edilən iltihab sindromunun əlamətləri aşkar edilib.

Uşaqlarda daxili orqanları zədələyən kəskin immun reaksiya müşahidə olunur.

Nyu-York şəhərinin meri Bill de Blazio da uşaqlar arasında iltihab sindromunun yayılmasından narahat olduğunu bildirib. Onun sözlərinə görə, həmin sindrom Nyu-Yorkda 38 uşaqda aşkar olunub.

İltihab sindromunun Kavasaki xəstəliyi ilə bəzi oxşarlıqları var.

Kavasaki xəstəliyi, əsasən, xəstənin bədənində olan orta diametrli damarlarda iltihablanma ilə özünü göstərir. Xüsusilə, ürəyə qan daşıyan damarları zədələyir və ölümə səbəb olur.

"Kavasaki"nin bədəndə əmələ gəlmə səbəbi isə təhlükəli viruslardır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA