Hindistanda koronavirusa yoluxanların sayı artıb.
“Axin.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi yayıb.
Bildirilib ki, son sutkada 240 yoluxma faktı qeydə alınıb və bununla da Hindistan üzrə infeksiya daşıyıcılarının sayı 1 637 nəfərə çatıb.
Məlumata görə, ölkədə pandemiyadan 38 nəfər ölüb.
Xatırladaq ki, Hindistanda pandemiya ilə bağlı aprelin 14-dək karantin rejimi tətbiq edilib.