axin.az

SON DƏQİQƏ

“MediClub” klinikasında koronavirus xəstəsinin ölümü barədə şayiələr təkzib edildi

25-03-2020, 17:39

“MediClub” klinikasında koronavirus xəstəsinin ölümü barədə şayiələr təkzib edildiSon vaxtlar koronavirus pandemiyası ilə əlaqədar məsuliyyətsiz vətəndaşlar tərəfindən müxtəlif şayiələr və təşviş əhval-ruhiyyəsi yayılır.

“MediClub” xəstəxanasının stasionar şöbəsində koronavirusdan xəstənin ölməsi ilə bağlı şayiələr dezinformasiyadır və heç bir əsası yoxdur.

Klinikadan verilən məlumata görə, koronavirus xəstələrinin həm müalicəsi, həm də laborator diaqnostikası yalnız dövlət strukturları tərəfindən həyata keçirilir:

“Buna Nazirlər Kabineti yanında operativ qərargah, eləcə də Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən çox ciddi şəkildə nəzarət edilir. Koronavirusa yoluxmuş xəstənin ölümü ilə bağlı informasiya həqiqəti əks etdirmir. Üstəlik, özəl klinikada belə bir vəziyyət prinsipcə mümkün deyil”.

Xatırladaq ki, koronavirusla bağlı yalan informasiyanın yayılması Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində ciddi cəzalandırılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA