axin.az

SON DƏQİQƏ

“Keşikçidağ olayında xarici xüsusi xidmət orqanlarının "əli" olub” - İDDİA

22-05-2020, 13:38

“Keşikçidağ olayında xarici xüsusi xidmət orqanlarının "əli" olub” - İDDİA“Gürcüstan Xüsusi xidmət orqanları qonşu ölkədəki vəziyyətlə bağlı ötən il üçün hesabat yayıb. Hesabatda şok nəticələr qeyd olunur”.

Bunu “Sherg.az”a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Mammadov deyib.

Analitik vurğulayıb ki, hesabata görə, ötən illər ərzində Keşikçidağ ətrafında baş verən hadisələrdə xarici xüsusi xidmət orqanlarının əli olub:

“Xarici xüsusi xidmət orqanları Gürcüstan ərazisində Azərbaycana qarşı informasiya müharibəsi tətbiq ediblər. Beləliklə, zaman hər məsələni yerinə qoyur. Bizim sərhədçilərimizin provokasiyaya getməmələri, Bakının soyuqqanlılıq nümayiş etdirməsi nəticəsində udan tərəf biz olduq. Keşikçidağ ərazisi artıq təmamilə bizim sərhədçilərimiz tərəfindən qorunmaqdadır.

Azərbaycana qarşı xarici ölkələrin, o cümlədən Ermənistanın oyuncağına çevrilən siyasi partiyalar və QHT-lər kifayət qədərdir. Onlardan ən əsaslarını qeyd edirəm: - “Gürcüstan vətənpərvərlər alyansı”. Alyans ötən il sərhəddə və Batumidə anti-Azərbaycan və anti -türk piketlər etmiş, şüarlar qaldırıb. “Leyboristlər partiyası”nın lideri birbaşa olaraq Azərbaycana qarşı təxribatın aparıcı siması olub. “Qalib Gürcüstan” partiyasının sədr İrakli Okruaşvilinin keçən il klounluq etməsi hamımızın yadındadır. Bu ilin aprel ayında 4 il həbsə məhkum edilib. Təxribatçı qurumlardan biri də “Gürcü marşı” hərəkatıdır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA