axin.az

SON DƏQİQƏ

“Qərbi azərbaycanlılar İrəvana qayıtmalıdır” - Partiya sədri

14-05-2020, 09:09

“Qərbi azərbaycanlılar İrəvana qayıtmalıdır” - Partiya sədriXəbər verildiyi kimi, bir neçə gün öncə mühacirətdə Qərbi Azərbaycan Respublikası elan olundu. Bir çox dairələrdə bu məsələyə qeyri-ciddi addım kimi yanaşılsa da, ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı sədri olduğu Təşəbbüs qrupunun Bütöv Azərbaycan Ocakları təşkilatının təşkilatçılığı ilə keçirilən video-konfransda bunun qərarlı addım olduğunu bəyan edib. O, bildirib ki, Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası uzun illər Azərbaycan və Türkiyə ictimaiyyətinin gündəmində olan məsələdir və dünyanın müxtəlif yerlərində yaşayan Qərbi Azərbaycan kökənli insanların arzularını ifadə edib. İllər sonra bir qrup ziyalının İrəvan dövlətini yaratmalarını elan etməsi işğalçı Ermənistana hansı təsirini göstərə biləcək, yaxud indiki geosiyasi şərait bunun nə dərəcədə real olduğunu göstərir?

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev müsahibəsində maraqlı nüanslara toxunub.

“Biz niyə tarixən bizim olan İrəvanımıza sahib çıxmayaq?”

- Hafiz müəllim, xəbər verildiyi kimi, bir neçə gün öncə ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu Bütöv Azərbaycan Ocaklarının təşkilatçılığı ilə keçirilən bir video-konfransda Mühacirətdə Qərbi Azərbaycan - İrəvan Respublikasını elan edib. Əvvəlcə bu respublikanın MİLLİ ŞURASI, daha sonrakı mərhələdə respublikanın Milli Məclisi seçiləcək və hökümət formalaşdırılacaq. Sizcə bir qrup Qərbi Azərbaycan kökənli ziyalı Mühacirətdə Qərbi Azərbaycan Respublikasını elan etməklə işğal tarixlərində nəyi dəyişəcək və bu nə dərəcədə dövrün tələbi ilə səsləşən bir addım idi?

- Bu çox mühüm bir addımdır. 1918-ci ildən bu günə qədər öz torpaqlarından qovulan, deportasiyaya məruz qalan milyonlarla qərbi azərbaycanlının statistikasını aparmışıq və bizə qarşı baş verən erməni soyqırımlarının, terrorizminin ağır nəticələrini görərək zaman-zaman belə bir addımın atılmasını düşünmüşük. Çünki Ermənistan dövləti olmayıb, Ermənistan, İrəvan tarixən bizim olub. Vaxtilə çar Rusiyası, Azərbaycanı istəməyən digər dövlətlər erməniləri bizim torpaqlarda yerləşdirib, asta-asta azərbaycanlıları sıxışdırmaqla torpaqlarımızı əlimizdən çıxarıblar. Bizə qarşı tarixən baş verən və bu gün də davam edən haqsızlıqlar, bizim qarşımıza Qərbi Azərbaycan-İrəvan dövlətinin yaranmasını gündəmə gətirmək məqsədini qoyur. Biz bunu çoxdan etməliydik. Biz siyasilər bu məsələni dəfələrlə müzakirəyə çıxarsaq da, müəyyən səbəblər üzündən üzərinə gedilməyib və istənilən nəticə alınmayıb. Ermənilər rusların, farsların köməyi ilə İrəvanı bizim əlimizdən alıblar və bu gün biz İrəvanda öz dövlətimizi yaratmalıydq və Qərbi Azərbaycanlılar İrəvana qayıtmalıdır. Biz bu yöndə çox ciddi araşdırmalar aparır və düşünürük. Mən Qafar Çaxmaqlını alqışlayıram və bu işdə daim ona yardım etməyə hazırıq. Biz erməniyə, dünyaya bəyan etməliyik ki, biz susduqca daha çox haqsızlığa məruz qalırıq, daha çox haqlarımız pozulur. Siz Xankəndi, Dağlıq Qarabağ bizim ola-ola bu gün gəlib ona da iddia edirsinizsə, biz niyə tarixən bizim olan İrəvanımıza sahib çıxmayaq?!. Düzdür, burda işlərin cəsarət və böyük iradə ilə görülməsi lazımdır və biz bunların öhtəsindən gələcəyik. İndi hər halda bu prosesi izləyirik və düşünürəm ki, qarşıya qoyulan məqsədə çatmaq üçün axıra qədər gedəcəyik. Heç kəs bizi bu yoldan saxlaya bilməyəcək. Biz İrəvanın tarixi Azərbaycan torpaqları olması faktını ortaya qoymaqla, erməni dığalarının Azərbaycan ərazilərinə köçürülməsini və indi də gəlib Dağlıq Qarabağa iddia etməsinin cəfəng, sərsəm iddia olduğunu bir daha dünyaya nümayiş etirəcəyik. Buna görə heç kim “narahat” olmasın. Çünki bəzi qüvvələr Qərbi Azərbaycanlıların yenidən toparlanmasından ciddi narahtçılıq keçirirlər. Onlara demək istərdim ki, Qərbi Azərbaycanlılar həmişə bir yerdə olublar, sözlərini deyiblər və deyəcəklər də. Biz İrəvanda öz dövlətimizi yaradıb, torpaqlarımıza qayıdacağıq. Qoy bunu hamı bilsin.

“Paşinyan gəlib Şuşada yanındakı küçə qadını ilə yıxılıb...”

- Bu gün biz Azərbaycanın sərhədləri daxilində yaradılan münaqişə ocağını - Dağlıq Qarabağın işğaldan azad olunması uğrunda səylərimizi cəmləməyə çalışır və beynəlxalq ictimaiyyəti işğala son qoymaq üçün erməniyə qarşı sanksiyalar tətbiq etməyə, hüququmuzu bərpa etmək üçün dünya ictimaiyyətini buna inandırmağa çalışırıq. Lakin 30 illik işğalın nəticəsi göz önündə. Belə bir şəraitdə hazırki Ermənistan əraziləri daxilində olan torpaqlarımızın da azad olunub, orada İrəvan dövlət qurmaq ideyası, indiki geosiyasi reallıqla nə dərəcədə səsləşir?

- Çox yaxşı səsləşir! Bir ovuc erməni dığası, TERRORÇUSU gəlib Azərbaycanın Xankəndi şəhərində, o cümlədən Qarabağ ərazisinə aid olmayan 7 rayonumuzu zəbt edib, orada at oynadır, soyqırımlar törədir, əhalimizin başına yüz oyun açıblar. Hansısa beynəlxalq güclər isə bizə səsimizi çıxarmağa imkan vermək istəmirlər. Necə ola bilir ki, erməni dığası mənim torpağımda istədiyi vəhşiliyi edir, hələ üstəlik bağırır ki, “torpaqlar mənimdir”, onun səsini kəsən yoxdur, amma biz, hələ təkcə 5 milyon qərbi azərbaycanlını deyirəm, öz dədə-baba torpağına- İrəvana qayıtmaq istəyini deyəndə, susmalıyıq, yaxud bu reallıqla uyğunlaşmır?!. Bizi torpağımızdan deportasiya edib, sürgün edib, öldürüb, qovublarsa, niyə haqq səsimizi çıxarmamalıyıq!? Biz dünyaya bir daha sübut edirik ki, regionda ERMƏNİSTAN ADLI DÖVLƏT OLMAYIB, İRƏVAN AZƏRBAYCANIN OLUB, GÖYÇƏ GÖLÜ AZƏRBAYCANINDIR, ZƏNGƏZUR AZƏRBAYCANINDIR, VEDİBASAR AZƏRBAYCANINDIR... Biz bu tariximizi yenidən dünya ictimaiyyətinin qarşısında açmaqla, dünyaya sübut edirik ki, ermənilər nəinki bu gun Azərbaycan sərhədləri daxilində olan torpaqlara iddia edə bilməzlər, heç Azərbaycanın indiki sərhədlərindən kənarda Ermənistan adlandırılan torpaqlara da haqqları çatmır. Çünki İrəvan Azərbaycanın tarixi əzəli ərzisi olub. Ermənilərin Dağlıq Qarabağa iddia etməsi isə tamamilə absurddur. Biz İrəvanda öz dövlətimizi qurmaqla yanaşı, Dağlıq Qarabağı da işğaldan azad edəcəyik. Bəzi ağzıgöyçəklər, orda-burda “mahnı oxuyanlar” bilsinlər ki, bu gün bu bəyanat heç də nə mahnıdır, nə də nağıl. Biz mahnı ilə yox, odla oynamışıq. İnşaallah Qərbi Azərbaycanımızı da geri alacağıq, Dağlıq Qarabağı da işğaldan təmizləyəcəyik. Bunu bütün Azərbaycan xalqı və dünyada özünə güvənən erməni diasporası, lobbiləri də bilsinlər. Ermənilərin arxalarında duran dövlətlər də bilsinlər ki, artıq Azərbaycan o dövlət deyil. Bu gün Azərbaycan dövlətinin başında duran insan çox ləyaqətli, milli qüruru olan bir şəxsiyyətdir. Bu, cənab Prezident İlham Əliyevdir. Hamımız birləşib həm Göyçəni, həm Zəngəzuru, həm İrəvanımızı azad edəcəyik. Eləcə də Dağlıq Qarabağa iddia edən erməni separatçılarını, terrorçularını torpaqlarımızdan çıxaracağıq. Paşinyan gəlib Şuşada yanındakı küçə qadını ilə yıxılıb Cıdır düzündə nə qələt edib özünü reklam etsə də, bu rüsvayçılığın davam etməsinə imkan verməyəcəyik. İndi ola bilər ki, içimizdə hansısa qeyrətsiz, namussuz, oğluna erməni alıb ona uyğun da xarici siyasətlə məşğul olan adamlar bu işə gölgə salmaq istəsinlər, amma biz buna imkan vermərik.

“İndi biz onları öz havalarımıza oynadacağıq”

- Hafiz müəllim, bu gün beynəlxalq təşkilatların Azərbaycanın üzləşdiyi bu məsələ ilə bağlı ikili mövqeyi bəllidir. Belə bir geopolitik şəraitdə Mühacirətdə Qərbi Azərbaycanlıların özlərinə dövlət elan etməsi bizə qarşı beynəlxalq aləmdən hansı növbəti təsirləri aktivləşdirə bilər?

- Heç bir aktivləşmə ola bilməz. Biz ATƏT-in Minsk Qrupunda olan fırıldaqçıların - gəlib regionda konyak alveri edən, haqq alıb gedənlərin sözü ilə oturub-duran deyilik. Biz dövlət olaraq dövlətik, Xalq olaraq xalqıq. 26 ildir onların çaldığı havaya oynamışıq, bundan sonra onların havasına oynamağa həvəsimiz, yoxdur. İndi biz onları öz havalarımıza oynadacağıq. Kimin nə deməsindən, hansı mövqedə olmasından asılı olmayaraq, biz fikrimizi bildirmişik: İrəvan Azərbaycanındır, Qərbi Azərbaycandır və biz torpaqlarımıza qayıdacağıq. Biz hər bir məsələni düşünmüşük, dünya dövlətləri ilə işlər aparırıq. Onlara sübut edəcəyik ki, Ermənistan əraziləri də bu gün müdafiə etdikləri ermənilərin olmayıb. Bunlar da yaxşı bilirlər ki, zaman -zaman çar Rusiyası, başqa-başqa dövlətlər Azərbaycana təsir etməkdən ötrü gətirib erməni virusunu içimizdə yerləşdirib, torpaqlarımızın parçalanmasına nail olublar. Biz buna göz yuma bilmərik. Kimlərsə buna göz yuma bilər. İçimizdə ermənilər çoxdur, ermənilərlə qohum olan çoxdur. Biz bununla barışa bilmərik. Heç kim fikirləşməsin ki, həmişə ağzımıza “skoç” vurub bizi sakitləşdirəcəklər. Burda buna imkanımız çatmırsa, hər halda mühacir bir hökumət yaradıb, gedib xaricdə oturub mübarizə aparacağıq. İndi ATƏT-in Minsk Qrupunun nə deməsindən və yaxud Rusiyanın nə deməsindən, İranın nə deməsindən asılı olmayaraq biz öz işimizi görməliyik. Digər tərəfdən, Qərb, Avropa dövlətləri Azərbaycanın qədrini bilirdisə, 27 ildir ki, 1 milyondan artıq insanımız öz torpağında köçkün yaşayır. Şuşamız, Laçınımız, Kəlbəcərimiz, Cəbrayılımız qalıb. Bunları da erməniyə veriblər və oturub şah kimi yaşayırlar. Bu faktları bilmək üçün gedib hansısa arxivləri araşdırmağa ehtiyac yoxdur, bu hadisələr elə onların öz gözlərinin qarşısındadır. Ona görə biz də bundan sonra bunların yuxusunu ərşə çəkdirəcəyik. Çox ciddi mübarizə gedir və biz də bunun önündəyik. Bu təşəbbüsə görə Qafar bəyi də alqışlayırıq, həmişə də bir yerdə olacağıq. Bundan sonra da məsləhətləşmələrimiz, bir-birimizə siyasi dəstəyimiz davam edəcəkdir. Qərbi Azərbaycan dövlətinin hökuməti, parlamenti yaranacaqdır. Hələlik ilk anda Milli Şuranın yaradılmasını düşünürük. Əminəm ki, biz İrəvan hökumətinin yaradılması ilə yanaşı, Dağlıq Qarabağı da işğaldan azad edib öz dədə-baba torpaqlarımızı terrordan təmizliyəcəyik.

“Dədələrinin qəbirlərini yaddan çıxarıb gedib ermənilərlə tans oynayırlar”

- İrəvan dövlətinin yaradılması ilə bağlı verilən bəyanat sizin də adını çəkdiyiniz qonşu dövlətlərdə hər hansı bir reaksiyaya səbəb olmayıb. Sanki məsələyə əhəmiyyətsiz baxılır...

- Doğurmayıb, doğurmayacaq da. Çünki bilirlər ki, biz haqlıyıq. Digər tərəfdən, heç əhəmiyyət verməsinlər. Biz də onlara əhəmiyyət vermirik. Ona görə də biz bu cəsarətdə bulunmuşuq və öz mövqeyimizi ortaya qoymuşuq.

- Sanki Azərbaycan siyasi camiyəsində də bu məsələ o dərəcədə ciddi qarşılanmır. Azərbaycan siyasi ictimaiyyətində niyə buna soyuq reaksiya göstərilir?

- Azərbaycan siyasi ictimaiyyəti nə vaxt nəyə vaxtında diqqət yetirib ki, buna da yetirsin. Bu dəqiqə İrandan Qarabağa körpü çəkirlər, su elektrik stansiyası yaradırlar. Başımız qarışıb klarnetdə çalıb, meyxana oxumağa?! Başımız qarışıb rüşvət yığmağa. Bu gün dədələrinin qəbirlərini yaddan çıxarıb gedib Rusiyada ermənilərlə tans oynayırlar. Mədəniyyət nazirinin başı rüşvət alıb, mədəniyyətimizi batırmağa qarışıb. Bunlar hansı qeyrətdən danışırlar?!. Bizim bir çox deputatlar da danışmaq üçün hələ “drijor çubuğu”nun qalxıb yenməsini gözləyirlər. O da hələlik mümkün deyil. Ona görə də belə insanlardan nə gözləyəsən ki. 30 ildir Azərbaycan torpaqları işğaldadır, hələ üstəlik havadarların iştirakı ilə torpaqlarımızda müxtəlif konstruksiyalı stansiylar açırlar, Cəbrayılda 4 kəndimizi “su altında” qoyan nəsə tikirlərsə və biz buna qarşı heç nə edə bilmiriksə, indi hansı reaksiyadan danışırsız. Şuşada doğulan bəzi vəzifəlilər bu gün Bakıda eyş-işrət içində yaşayırlar. Heç onlar qayıtmaq istəmirlər. Amma biz İrəvana qayıdacağıq. Elə bilirsiz, Paşinyan niyə gəlib Cıdır düzündə uzanıb, paradı seyr edir. Demək istəyir ki, sizin qeyrətiniz yoxdur. Olsa, gəlib torpaqlarınızı azad edərsiniz. Ona görə də susduğumuz bəsdir! (ucnoqta)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA