axin.az

SON DƏQİQƏ

Ali Doğramacı: “Heydər Əliyev Azərbaycan təhsilinin inkişafı üçün böyük işlər görüb”

10-05-2020, 10:39

Ali Doğramacı: “Heydər Əliyev Azərbaycan təhsilinin inkişafı üçün böyük işlər görüb”Ümumilli lider Heydər Əliyevin yaxın dostu, Bilkent Üniversitetinin qurucusu İhsan Doğramacının oğlu, "Heydər Əliyev" ordeninə layiq görülmüş professor, doktor Ali Doğramacı “Axin.az”a müsahibəsində ümumilli lider Heydər Əliyevlə bağlı fikirlərini bölüşüb.

Bilkent Universitetinin sabiq rektoru Ali Doğramacı atası ilə Heydər Əliyevi birləşdirən ortaq dəyərlərin eyni olduğunu və buna görə də iki şəxsiyyətin dərin dostluq əlaqələrinin formalaşdığını deyib: “Heydər Əliyevin Azərbaycana və Azərbaycan xalqına bəxş etdiyi o qədər uğurlar var ki, hardan başlayacağımı bilmirəm. Atam İhsan Doğramacı ilə olan münasibətlərindən danışmaq istəyirəm. Bu iki insan bir-birlərinə niyə bu qədər etibar edirdilər? Aralarındakı dostluğun təməli nə idi? Bu sualların cavabı ortaq dəyərlər idi”.

O, qeyd edib ki, hələ SSRİ dövründə Heydər Əliyev Azərbaycanda təhsilin inkişafı üçün böyük işlər görüb: “Məktəblər açdı, universitetləri inşa etdirdi, gəncləri Moskvaya və dünyanın ən yaxşı təhsil ocaqlarına göndərdi. Çünki bilirdi ki, Azərbaycanın gələcəyi insanların neçə yetişməsindən asılıdır. Bir ölkədə yaxşı təhsil, yaxşı elm verən, sənət öyrədən mərkəzlərin olması çox əhəmiyyətlidir.

Heydər Əliyev atamın qurduğu universitetləri, təhsil ocaqlarını, məktəbləri bəyənmişdi. Eyni dəyərləri düşünən, eyni istiqamətdə hərəkət edən bu iki şəxsiyyət təbii olaraq bir-birlərini sevdilər və eyni yolla hərəkət etdilər. Bütün bunlar böyük şəxsiyyət Heydər Əliyevin bizə buraxdığı dərin mirasdır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA