axin.az

SON DƏQİQƏ

Badamdar sakinlərindən şikayət: “Hər gün saatlarla avtobus gözləyirik”

15-02-2020, 16:46

Badamdar sakinlərindən şikayət: “Hər gün saatlarla avtobus gözləyirik”Badamdar qəsəbəsində yaşayan sakinlər marşrut avtobuslarının xidmətindən narazıdır.

Bu barədə Axin.az-a sözügedən problemlə qarşılaşan vətəndaşlardan biri məlumat verib.

Şikayətçi 20 Yanvar dairəsindən Badamdar istiqamətinə avtobusların qeyri-sabit qrafiklə çalışmasından narazı olduğunu bildirib:

“Söhbət 29 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən sərnişin avtobuslarından gedir. Hər gün işdən çıxıb saatlarla avtobus gözləyirik. Axşam saat 9-dan sonra isə ümumiyyətlə 29 nömrəli avtobusu görmək mümkün deyil. Sürücülərdən soruşanda qrafik üzrə çalışdıqlarını, axşam saat 9-dan sonra işləmədiklərini deyirlər. İnsanlar işdən-evə, evdən-işə gedib-gəlmək üçün əziyyət çəkir. Həftə sonları isə ümumiyyətlə avtobus tapmaq olmur. Xahiş edirik köməklik göstərəsiniz”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mayis Ağayevlə əlaqə saxladıq. BNA rəsmisi məsələnin araşdırıldığı bildirib:

“Sözügedən məsələ ilə bağlı xətt üzrə müvəqqəti istismarçı “Menlok” MMC-nin rəhbərliyi Bakı Nəqliyyat Agentliyinə çağırılıb. Məsələ araşdırılacaq. Sərnişinlərimizi narahat edən məqamların qısa vaxtda aradan qaldırılması ilə bağlı göstəriş veriləcək”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA