"Səbail"in futbolçusu Hendrik Ekşteyn komandaya keçidi barədə danışıb.
Axin.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinin formasını geyinəcəyi üçün sevindiyini bildirib: "Səbail"ə qatılmağıma görə xoşbəxtəm. Komanda yoldaşlarım və texniki heyət məni əla qarşıladı. Həqiqətən də, komandaya fayda gətirmək üçün buraya gəlmişəm. Azərbaycana qayıtdığım üçün də çox sevinirəm. Qısa zamanda bu ölkədə özümü evdəki kimi hiss etdim. Komandada əla oyunçular var və "Səbail"də debütümü səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, H.Ekşteyn "Səbail"ə "Sabah"dan transfer olunub.