Bu gün Xalq artisti Nisə Qasımovanın doğum günüdür. N.Qasımova Axin.az-a açıqlamasında həm doğum gününü necə keçirəcəyini, həm də qarşıda görməli olduğu işlərdən danışıb:
“Təbrikiniz üçün çox sağ olun, minnətdaram. Doğum günümü bu gün evdə öz ailəmlə qeyd edəcəm və özüm istəmirəm təmtəraqlı nəsə olsun”.
Xalq artisti efirlərdə görünməməsinə də aydınlıq gətirib:
“Əslində özüm şüurlu surətdə sosial şəbəkədən uzaq gəzirəm və bu haqda bizim aparıcılardan, redaktorlardan da zəng olur və onlara da demişəm ki, efirlərə çıxmaq, görünmək istəmirəm. İlk öncə onu deyim ki, mart ayında müəyyən planlarım var, həm buna görə, həm də yeni repertuarım tam hazır deyil deyə görünmək istəmirəm. Bütün bunların səbəbi məhz budur”.
Qeyd edək ki, N.Qasımova 8 yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” uşaq xorunun heyətinə qəbul olub. Doqquz yaşında isə xorun gənc solisti olub. “Günəş adlı yaxın dostum var mənim” mahnısı onun özü üçün yazılıb. O, bu mahnıyla müxtəlif konsert proqramlarında çıxış edib. N.Qasımova 1971-ci ilin əvvəlində Müslüm Moqamayev adına Dövlət Filarmoniyası nəznindəki “Lalə qızlar ansamblı”na solist kimi dəvət olunub.