axin.az

SON DƏQİQƏ

"Nəsimi İli"nin yekunları ilə bağlı sessiyada elmi məruzələr dinlənilib

13-01-2020, 22:39

"Nəsimi İli"nin yekunları ilə bağlı sessiyada elmi məruzələr dinlənilibAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutununda “Nəsimi ili”nin yekunlarına həsr olunan konfrans elmi çıxışlarla davam etdirilib.

"Axin.az"in xəbərinə görə, sessiyada Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu elmi məruzələr söyləyiblər.

Daha sonra Ədəbiyyat İnstitutunun əməkdaşlarından əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin, Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Fəridə Əzizovanın, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mahirə Quliyevanın çıxışları dinlənilib.

Çıxış edənlər ölkə başçısının müvafiq sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsinin şairin yaradıcılığının öyrənilməsində vacib amil olduğunu bildiriblər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA