axin.az

SON DƏQİQƏ

“Xəzər TV”də daha bir veriliş dayandırıldı

12-05-2020, 10:29

“Xəzər TV”də daha bir veriliş dayandırıldı
Xəzər Televiziyasında Kamal Dənizin “Çöl adamı” verilişinin yayımı dayandırılıb.

Axin.az xəbər verir ki, "Axin.az"a açıqlama verən Kamal Dəniz xəbəri təsdiq edib:

“Bəli, aprelin 15-dən verilişin yayımı dayandırılıb. Amma çəkilişlərimiz davam edir. Hazırda Şəmkir rayonunda çəkilişdəyik. Bu veriliş müəllif layihəmdir. Azərbaycan tarixi, milli mətbəxi, mədəniyyəti, təbiətini əks etdirən və təbliğ edən verilişdir. Kifayət qədər tamaşaçı kütləsi var. Tamaşaçılar yaxın vaxtlarda Xəzər Televiziyasında olmasa da, başqa telekanalların birində verilişi izləyə biləcəklər”.

Aparıcı verilişin yayımının hansı səbəbdən dayandırılmasına belə aydınlıq gətirib:

“Yeni format təklif olundu, qəbul etmədim. Ərizəmi yazıb işdən çıxdım”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA