axin.az

SON DƏQİQƏ

“Den Pobedı” mahnısı Azərbaycan dilində ifa edildi

10-05-2020, 13:55

“Den Pobedı” mahnısı Azərbaycan dilində ifa edildi
Böyük Vətən müharibəsində qələbənin simvollarından birinə çevrilmiş “Den Pobedı” mahnısı Azərbaycan dilinə tərcümə olunub.

“Axin.az”in Rusiya bürosunun verdiyi məlumata görə, bu il Böyük Vətən müharibəsinin 75-ci ildönümü münasibətilə keçirilən “Qələbə Günü müxtəlif dillərdə” aksiyası çərçivəsində 9 May bayramının ənənəvi simvolu sayılan “Den Pobedı” mahnısı bir çox xalqların dilində səsləndiriləcək. Qeyd edək ki, artıq 100-dən çox ədəbi tərcümə hazırlanıb.

Azərbaycan dilinin tərcüməsi isə Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, şairə, tərçüməçi Afaq Şıxlıya məxsusdur.

A.Şıxlı “Report”un Rusiya bölməsinə açıqlamasında bildirib ki, mahnı Azərbaycanın Xalq artisti Tünzalə Ağayevanın, eləcə də, Moskvada yaşayan azərbaycanlı gənclərin ifasında səsləndirilib.

Qeyd edək ki, “Den Pobedı” mahnısının musiqisi rus bəstəkarı David Tuxmanova məxsusdur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA