axin.az

SON DƏQİQƏ

Şair Alxasov da xəstəliklə belə "mübarizə aparır"... - İDDİA

26-03-2020, 13:54

Şair Alxasov da xəstəliklə belə "mübarizə aparır"... - İDDİABütün dünyanı sarsan və minlərlə insanın ölümünə səbəb olmaqda olan koronavirus epidemiyasına dövlətimizin və dövlət rəhbərliyimizin hansı formada tədbirlər aldığı göz önündədir. Hər halda, cənab Prezident bu günlərdə xalqının bir lideri olduğunu bütün addımları ilə ortaya qoymaqdadır və bu gün dövlət qurumlarının rəsmən səfərbər olaraq xalqın sağlamlığının keşiyində dayandığı da danılmaz faktdır.

Anma təəssüflər olsun ki, bəzi məmurlar hələ də baş verənlərin tam mahiyyətini anlamırlar və hətta epidemiyanı belə özlərinə gəlir yerinə çevirməyə çalışırlar. Bu barədə Axin.az-a ünvanlanan müraciətdə yer alıb.

Belə ki, redaksiyamıza yazan qusarlılar iddia edir ki, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov koronavirusla bağlı bütün ölkədə səfərbərliyin elan edildiyi bir ərəfədə epidemiyanı gəlir yerinə çevirib. Sakinlər Axin.az-a yazır:

"Bu gün bütün ölkə koronavirusa görə bir yumruq kimi birləşib. Məmurlar, sahibkarlar, hətta şou-biznes adamları da dövlətin yaratdığı mübarizə fonduna pul köçürür. Amma Şair Alxasov xəstəliklə mübarizə adı altında yerli sahibkarlardan və məmurlardan pul toplasa da, onu rəsmi qaydada Koronavirusla Mübarizə Fonduna köçürməyib. Biz bu barədə xəbəri oxumamışıq. Amma bilirik ki, başçının tapşırığı ilə yerli imkanlı şəxslərdən pul yığılıb. Görünür, Şair Alxasov bu dəfə də diribaş tərpənib, vəziyyətdən qazancla çıxmaq istəyir".

İddia olunanlarla bağlı Axin.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA