İnsan yaşlandıqca illər öz təsirini dəridə göstərməyə başlayır: yanaqlar sallanır, dəridə qırışlar əmələ gəlir və s. İmkanı olan qadınlar bu problemi plastik əməliyyat vasitəsi ilə həll edirlər. Bəs yanaqların sallanmasının qarşısını təbii üsulla almaq mümkündürmü? Bəli, yanaqların sallanmasının qarşısını almaq, yaxud da sallanmanı minimuma endirmək mümkündür.
Axin.az yanaqların qarşısını almağın ipuclarını təqdim edir:
20 yaş qadın ömrünün ən gözəl illəridir. Bu yaş dövründə dəri ilə bağlı çox az problem olduğu üçün gənc qalmaq haqqında düşünmürük. Halbuki, 40 yaşında da gənc görünmək istəyirsinizsə, profilaktik tədbirlərə gənclik illərindən başlamalısınız.
Dolğun yanaq
Bir güzgünün qarşısında dayanın və 10 saniyə ərzində yanaqlarınızı şişirdib gülümsəyin, sonra yanaqları boşaldın. Bu hərəkəti 5 dəfə təkrar edin.
Başqa bir üsul: Yanaqları şişirdirib hava ilə doldurun. Bu şəkildə yenə 10 saniyə dayanın və boşaldın. Hərəkəti 5 dəfə təkrar etməlisiniz.
Avokado və bal maskası
Avokado dəri üçün olduqca faydalı bitkidir. O, dərini həm dartır, həm də nəmləndirici xüsusiyyətə malikdir. Dərini qidalandırdığı üçün qırışların yaranmasının qarşısını alır və əzələləri möhkəmləndirir. Yarım avokadonun içini ovub iki yemək qaşığı bal ilə yaxşıca qarışdırın. Bu kremi yanaqlarda 15 dəqiqə saxlayın. Bunu yatmazdan əvvəl etmək tövsiyə olunur. 15 dəqiqə saxladıqdan sonra üzünüzü ilıq su ilə yaxalayın.
Aloe Vera
Aloe Vera maskası dərini dartıb sallanmasının qarşısını alır. Bundan başqa, dəri problemlərini, xüsusən də, yanıqları yaxşılaşdırır.
Kosmetoloqların sözlərinə görə, bu maska botoks effektinə malik olduğu üçün əsl möcüzə sayılır. 4 yemək qaşığı qatıq ilə iki yemək qaşığı aloe veranı qarışdırıb gel halına gətirin. Yanaqlara çəkib 20 dəqiqə gözləyin. Bunu hər gün tətbiq etdikdə dəridə sallanmalar yox olacaq.
Çəkinin artıb-azalması, sözsüz ki, ilk növbədə yanaqlarda hiss olunur. Qəfildən arıqlayan insanın yanaqları sallanmağa doğru gedir. Buna görə də sağlam qidalanmağa və çəkini sabit saxlamağa çalışın.
Dərinin nəm ehtiyacını ödəmək üçün gün ərzində 1.5 - 2 litr su için.