axin.az

SON DƏQİQƏ

​​​​COVID-19-un aşkarlandığı komanda Şotlandiya yığması ilə qarşılaşacaq

7-09-2020, 13:20

​​​​COVID-19-un aşkarlandığı komanda Şotlandiya yığması ilə qarşılaşacaqFutbol üzrə Çexiya yığmasının məşqçi qərargahı koronavirusa yoluxmuş oyunçuları operativ əvəz etməyə müvəffəq olub.

Bu barədə “Axin.az” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Çexiya yığması bazar ertəsi Millətlər Liqasının ev matçında Şotlandiya seçməsinə qarşı oynamaq niyyətindədir.

Qeyd edək ki, bundan əvvəl - şənbə günü Çexiyanın Futbol Assosiasiyası komandanın futbolçularının COVID-19 xəstəliyinə görə matçı keçirə bilməyəcəklərini bildirib.

Yığmada əvəzetmələrlə əlaqədar şotlandiyalılarla matç zamanı futbolçulara David Qoloubek rəhbərlik etməli olacaq. O, yığmanın 18 yaşa qədər oyunçularına məşq keçir.

Millətlər Liqasının birinci turunda Çexiya yığması Slovakiya seçməsinə 3:1 hesabı ilə qalib gəlib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
DÜNYA