axin.az

SON DƏQİQƏ

Britaniya əsgərlərinə koronavirusdan qorunmaq üçün... ağcaqanad dərmanları paylanıb

14-05-2020, 11:24

Britaniya əsgərlərinə koronavirusdan qorunmaq üçün... ağcaqanad dərmanları paylanıbBöyük Britaniya Müdafiə Nazirliyi ölkədə koronavirus pandemiyası ilə mübarizə aparan əsgərlərə “əlavə qoruyucu vasitə” kimi sprey şəklində olan ağcaqanad dərmanlarını paylayıb.

Axin.az The Daily Mail-ə istinadla bildirir ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uallas (Ben Wallace) sitriodiol əsasında həşərat spreylərinin etibarlı bir profilaktik vasitə ola biləcəyini söylədi.

Koronavirusun müalicəsində və qarşısının alınmasında repellentlərin effektivliyini təsdiqləyən heç bir elmi tədqiqat aparılmamışdır. Buna baxmayaraq ağcaqanadlara qarşı vasitələr artıq əsgərlər tərəfindən istifadə olunur ki, bu da Britaniya cəmiyyətində çoxlu müzakirələrə səbəb olub.

Sitriodiol repellent və spreylərdə istifadə olunan maddədir. Sitriodiol Asiya, Afrika və Cənubi Amerikada bitən evkalipt ağacının yarpaqlarından alınır.

Əvvəlki tədqiqatlar bu kimyəvi maddənin koronavirusun ən yaxın qohumu olan SARS virusunu öldürməyə qadir olduğunu göstərdi. Lakin sitriodiolun COVID-19-a səbəb olan SARS-CoV-2 virusu ilə mübarizə apara biləcəyi hələ məlum deyil.

Göründüyü kimi, Böyük Britaniyanın Müdafiə Nazirliyinin mütəxəssisləri bunun mümkün olduğuna inanırlar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA