Əldə etdiyimiz məlumata görə Hacı Salayevdən dərhal sonra Mais Səfərlidə namizədliyini geri götürüb.Bu geri çəkilmələrin arxasında hansı məsələlərin dayandığı bizlərə qaranlıq qalır.Daha əvvəldən 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsində “köhnələr”in savaşı başlamışdı. Belə ki, bu dairədən daha öncə deputat seçilmiş bitərəf Hacı Salayevlə uzun müddətdən bəri susqun olan Yurddaş Partiyasının sədri Mais Səfərli yarışırdılar. YAP-ın zəif namizədlə çıxış etdiyi bu dairədə iki namizəddən birinə üstünlük verilməliydi.
Maraqlıdır ki, Hacı Salayevin bu dəfə əvvəlki illərdə aldığı dəstəyi əldə edə bilmədiyi, Mais Səfərlinin isə müxalif partiya statusu ilə uzun illərdən sonra yenidən seçilə bilmə şansı varıydı, lakin nələr baş verdi?Niyə seçkilərə az bir vaxt qalmış hər iki namizəd geri çəkildi?
Hacı Salayevin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznesində mühim yer tutduğu vurğulanır.
Mais Səfərli isə Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin orbitrində olan partiya sədrlərindən biri kimi tanınır. Hətta onun da ADP sədri Sərdar Cəlaloğlu kimi hər ay Aparatdan “aylıq” aldığı qeyd olunur.
Bu isə sualları ikiqat artırır. Görəsən Sumqayıt-Xızı seçki dairəsində nələr baş verir?Bu mövzuda araşdırma aparıb növbəti xəbərimizdə Sumqayıt-Xızı seçki dairəsində baş verənlərin qaranlıq tərəfini işıqlandıracıyıq.