Axin.az-a daxil olan məlumatda bildirilir ki, Hacı Salayev bununla bağlı qərarı ötən gün qəbul edib. Məsələni özü ilə dəqiqləşdirmək üçün əməkdaşımızın cəhdlərinə baxmayaraq Hacı Salayevlə telefon əlaqəsi yaratmaq mümkün olmayıb.Lakin bəlli səbəblərdən məcbur geri götürdüyü hər birimizə məlumdur.Bu qərarın arxasında Hacı Salayevin qaranlıq keçmişi və biznes şəbəkəsi yaratması ilə əlaqələndirmək olar.Qeyd edək ki Deputatla bağlı medianın diqqətini çəkən məqamlar çoxdu. Bir məqam da onun övladlarının yaşadığı lüks həyat tərzidir. Deputatın oğlu Kənan milyarder Telman İsmayılovun qardaşı qızı Arzu Mərdanova ilə ailə həyatı qurub sonra isə boşanıb. Məlumatlara görə, Telman İsmayılovla qohum olandan sonra Hacı Salayev Türkiyədə də bir sıra biznes obyektləri açıb. O obyektlərdən biri deputatın oğlu “AzerGold” QSC-nin Streteji planlaşdırma və biznesin inkişafı şöbəsinin müdiri Kənan Salayevin İstanbulun Beşiktaş səmtində fəaliyyət göstərən “ALLİANCE CAPİTAL İNŞAAT TELEKOMMUNİKASİON SANAYİ ve TİCARET LİMİTED” şirkətidir. Şirkət 2012-ci ilin iyunun 16-da qeydiyyatdan keçirib. Sərmayənin 475 min lirəsi Kənan Salayevə, qalan 25 min lirəsi ortağı Mustafa Cevleyan adlı iş adamına aiddir. Şirkəti Mustafa Cevleyan idarə edir. Şirkət yaşayış binaları, iş və ticarət mərkəzlərinin tikintisi və satışı ilə məşğul olur.
Xatırladaq ki, Hacı Salayev 2010-cu il IV-cü və 2015-ci il V-ci Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.