Abşeron rayon 45 saylı seçki dairəsindən deputatlığa namizəd Könül Yusifqızı imzatoplama kampaniyasına başlayıb.
“Axin.az” xəbər verir ki, aktrisa Könül Yusifqızı kampaniya çərçivəsində vətəndaşlarla görüşərək onlarla söhbət edib, problemlərini dinləyib.
O, sosial şəbəkədəki paylaşımında imzatoplama kampaniyasının uğurla davam etdiyini bildirib: “Mənim seçicilərlə goruslərim mənim onlarla daha yaxından tanış olmaq və fikirlərimi daha aydin şəkildə catdirmagimla bağlidir. Çünki məni efirlərdən tanıyırlar lakin istəyərdim ki məni həyatda olduğum Kimi taniyasiniz.Hər evdə bir sevgi, hörmət, hər ünsiyyətimizdə sadə vətəndaşların gələcəyə nə qədər böyük ümidlə baxdıqlarını görürük. İnsanlar bu seçkilərin ölkədə aparılan islahatların davamı olduğuna əmindirlər. Azərbaycan vətəndaşının dövlətə, iqtidara inamı həmişəki kimi güclü və səmimidir. Bizi qələbəyə aparan əsas amil də elə bu inam, bu səmimiyyət olacaq".