axin.az

SON DƏQİQƏ

DTX əməliyyat apararkən nazir də orada olub - YENİLƏNİB + FOTO

8-05-2020, 16:21

DTX əməliyyat apararkən nazir də orada olub - YENİLƏNİB + FOTODövlət Təhlükəsizliyi Xidmətinin bu gün Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılanların bəzilərinin adları məlum olub.

Qafqazinfo-nun məlumatına görə, yoxlama və əməliyyat-istintaq tədbirləri yekunlaşdıqdan sonra bir neçə şəxs saxlanılaraq, DTX-yə aparılıb.

Onların sırasında Nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və mətbuat katibi İntiqam Babayev də var.

Nazirin müavini Rafiq Bayramov və Zakir Sultanovun evində də axtarışlar aparılıb. Z.Sultanov həm də tikinti sahəsini kurasiya edirmiş.

R.Bayramovun musiqi məktəbləri rəhbərlərindən rüşvət tələb etmək şübhəsi ilə saxlanıldığı deyilir.

Əməliyyat zamanı nazir Əbülfəs Qarayev də nazirlikdə olub.

15:04

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı keçirdiyi əməliyyat-istintaq tədbirləri çərçivəsində saxlanılanlar var.

Lent.az-ın məlumatına görə, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanılıb.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DTX əməliyyat apararkən nazir də orada olub - YENİLƏNİB + FOTO
DTX əməliyyat apararkən nazir də orada olub - YENİLƏNİB + FOTO
DTX əməliyyat apararkən nazir də orada olub - YENİLƏNİB + FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA