axin.az

SON DƏQİQƏ

“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 2 dəfə artıb

20-01-2020, 12:00

"Azərbaycan Sənaye Bankı” ASC (ASB) 2019-cu ili 7,689 milyon manat xalis mənfəətlə başa vurub.

"Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 94,9% və yaxud təxminən 2 dəfə çoxdur.

İl ərzində ASB-nin gəlirləri 38,644 milyon manat (illik müqayisədə 40,1% çox), xərcləri 28,856 milyon manat (11,9% çox), xüsusi ehtiyatlara ayırmaları 120 min manat (əvvəlki il qənaət edib), mənfəət vergisi ödəmələri isə 1,979 milyon manat (95,6% çox) təşkil edib.

Bu il yanvarın 1-nə ASB-nin aktivləri 985,152 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 19,8% çoxdur. Bunun 331,403 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Ötən il Bankın kredit portfeli 18,5% böyüyüb.

Hesabat dövründə ASB-nin öhdəlikləri 21,3% artaraq 885,499 milyon manata, o cümlədən depozit portfeli 28,1% artaraq 715,128 milyon manata, balans kapitalı isə 8,3% artaraq 99,652 milyon manata çatıb.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i "Abadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA