Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Axin-in məlumatına görə, yanvarın 14-də qızılın qiyməti yanvarın 13-ü ilə müqayisədə 28.5175 manat azalaraq 1 unsiya üçün 2616.2745 manat təşkil edib.
Gümüş 0.4138 manat ucuzlaşaraq 1 unsiya üçün 30.2419 manata bərabər olub.
Platinin qiyməti 9.86 manat azalaraq 1647.215 manat, palladiumun qiyməti 18.2155 manat artaraq 3618.0505 manat təşkil edib.