axin.az

SON DƏQİQƏ

Ötən il məhkəmə hakimiyyətinə nə qədər vəsait ayrılıb?

16-05-2020, 22:48

Ötən il məhkəmə hakimiyyətinə nə qədər vəsait ayrılıb?2019-cu ildə müdafiə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölmələri üzrə xərclər açıqlanıb.

“Axin.az”in xəbərinə görə, Maliyyə Nazirliyinin açıqlamasında qeyd edilib ki, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən və dövlət büdcəsinin ehtiyat fondundan ayrılmış vəsaitlər də (187,6 milyon manat) nəzərə alınmaqla, 2019-cu ildə müdafiə xərclərinə dövlət büdcəsi xərclərinin 13,7 faizi həcmində və ya 3 354,2 milyon manat vəsait yönəldilib. Bu da 2018-ci illə müqayisədə 20,7 milyon manat və ya 0,6 faiz çoxdur.

Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də (155,7 milyon manat) nəzərə alınmaqla, 2019-cu ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclərə dövlət büdcəsi xərclərinin 6,8 faizi həcmində (2018-ci illə müqayisədə 0,4 faiz-bənd çox) və ya 1 660,8 milyon manat vəsait yönəldilib ki, bu da 2018-ci illə müqayisədə 208,2 milyon manat və ya 14,3 faiz çoxdur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA