axin.az

SON DƏQİQƏ

Bu il pensiya hüququ yaranmayan 11 mindən çox şəxsə müavinət təyin olunub

16-05-2020, 19:28

Bu il pensiya hüququ yaranmayan 11 mindən çox şəxsə müavinət təyin olunubPrezident İlham Əliyevin 16 dekabr 2019-cu il tarixdə təsdiqlədiyi Qanunla 2020-ci ilin əvvəlindən yaşa görə müavinət yaşının pensiya yaşı ilə eyniləşdirilməsi sosial təminat sisteminin əhatə dairəsinin daha da genişlənməsinə imkan verib.

Bu barədə "axin.az"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bu ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 11 min 200 şəxsə yeni qanunvericilik əsasında bu il yaşa görə müavinət təyin olunub.

Beləliklə, həmin vətəndaşlar yaşa görə müavinət hüququ qazanmaq üçün əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərinə (qadınlar üçün 62, kişilər üçün 67 yaşı) çatmalarını gözləmədən onlara aylıq sosial ödəniş təyin olunub.

Ümumilikdə, bu ilin 1 may tarixinə ötən ilin müvafiq dövrünə nisbətən 33 min 500 nəfər və ya 55,4 faiz çox olmaqla 94 mindən çox şəxs yaşa görə müavinət alır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA