İspaniya superkubokunun maliyyə detalları müəyyənləşib.
Axin.az "AS"a istinadən xəbər verir ki, turnirin qalibi "Real" iştirakçılar arasında ən çox qazanan komanda olub. Madrid klubu turnirdə iştirakına görə ödənilən 6 milyon avro da nəzərə alınmaqla ümumilikdə 12 milyon avo qazanıb. "Kral klubu"nun hər bir futbolçusuna isə qalib olduqları üçün 250 min avro mükafat verilib.
Superkubok iştirakçılarından "Barselona"ya 6 milyon avro, "Atletiko"ya 4 milyon, "Valensiya"ya 1.7 milyon avro ödənilib.
Qeyd edək ki, "Real" finalda penaltilər seriyasında "Atletiko"ya qalib gələrək superkubokun sahibi olub.