"Roma" İtaliya A Seriyasında növbəti oyuna çıxıb.
Axin.az xəbər verir ki, komanda 18-ci turda doğma meydanda "Torino" ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
"Roma" - "Torino" - 0:2
Qollar: Belotti, 45, 86-pen
Bu nəticədən sonra "Roma" 35 xalla 4-ci pillədə, "Torino" 24 xalla 9-cu pillədə qərarlaşıb. 17 oyundan 42 xalı olan "Yuventus" və "İnter" 1-2-ci pillələri bölüşdürür. "Latsio" 39 xalla (17 oyun) 3-cüdür.