"Barselona" və "Çelsi" eyni futbolçuya elçi düşüb.
Axin.Az İspaniyanın "Sport" nəşrinə istinfadən xəbər verir ki, hər iki klubu Zaqreb "Dinamo"sunda çıxış edən Dani Olmonu heyətinə qatmaq istəyir.
Xəbərdə bildirilir ki, artıq "Çelsi" rəsmi təkliflə Xorvatiya klubuna müraciət edib. "Barselona" da yetirməsi olan 21 yaşlı yarımmüdafiəçinin transferi üçün hərəkətə keçib.
Qeyd edək ki, Olmo "Barselona"nın akademiyasında yetişib və 2014-cü ildə Kataloniya klubunun U-18 komandasından "Dinamo"ya keçib. O, cari mövsümdə Zaqreb klubunun heyətində 22 rəsmi oyuna çıxaraq 8 qol vurub və 7 məhsuldar ötürmə edib.
İspaniyanın bütün aşağı yaş qrupları üzrə komandalarında oynamış yarımmüdafiəçi bu ilin 15 noyabrında A millidə debüt edib. Malta ilə "AVRO-2020"nin seçmə mərhələsinin oyununun 66-cı dəqiqəsində meydana daxil olan futbolçu 3 dəqiqə sonra qol vurub. Bu oyun ispanların 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.