"Çelsi" İngiltərə Premyer Liqasının 2-ci turunun matçında "Liverpul"a məğlub olub.
“Axin.az” xəbər verir ki, görüş Londondakı "Stemford Bric" stadionunda keçirilib və qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hər iki qolu Sadio Mane vurub.
Qeyd edək ki, Premyer Liqanın birinci turunda “Liverpul” öz meydanında “Lids”ə 4:3, “Çelsi” isə səfərdə “Brayton”a 3:1 hesabı ilə qalib gəlib.