axin.az

SON DƏQİQƏ

UEFA həftənin oyunçusu adına namizədləri açıqladı

7-08-2020, 18:00

UEFA həftənin oyunçusu adına namizədləri açıqladıUEFA Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

"Axin.az"in məlumatına görə, bu ad uğrunda 4 nəfər mübarizə aparacaq. Bunlar İngiltərə "Vulverhempton"unun qapıçısı Ruy Patrisiu, İspaniya "Sevilya"sının müdafiəçisi Serxio Regilon, Danimarka "Kopenhagen"inin hücumçusu Yonas Vinn və Ukrayna "Şaxtyor"unun forvardı Junior Moraesdir.

Qalibin adı qitə futbol qurumunun saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Qeyd edək ki, "Vulverhempton" 1/8 final mərhələsində Yunanıstan "Olimpiakos"unu (1:1, 1:0), "Sevilya" İtaliya "Roma"sını (2:0), "Kopenhagen" Türkiyə "Başakşehir"ini (0:1, 3:0), "Şaxtyor" isə Almaniya "Volfsburq"unu (2:1, 3:0) mübarizədən kənarlaşdırıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
DÜNYA