"Tottenhem"in baş məşqçisi Joze Mourinyo klub rəhbərliyinə transfer planları haqda danışıb.
Axin.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis növbəti mövsüm üçün 5 yeni transfer istədiyini bildirib. Portuqaliyalı çalışdırıcı hesab edir ki, yeni oyunçular komandanın yüksək yerlər uğrunda mübarizə aparmasına kömək edəcək.
Qeyd edək ki, "Tottenhem" hazırda İngiltərə Premyer Liqasında 45 xalla 7-ci pillədə qərarlaşıb.