axin.az

SON DƏQİQƏ

Bu öpüşə görə cəza olacaqmı? – AçıqlamaBu öpüşə görə cəza olacaqmı? – Açıqlama

17-05-2020, 18:39

Bu öpüşə görə cəza olacaqmı? – AçıqlamaBu öpüşə görə cəza olacaqmı? – AçıqlamaXəbər verdiyimiz kimi, "Herta"nın futbolçuları Almaniya Bundesliqasının 26-cı turunda "Hoffenhaym"la oyunda (3:0) sosial məsafə qaydalarını pozublar.

Axin.az xəbər verir ki, Berlin təmsilçisinin müdafiəçisi Dedrik Boyata ikinci hissədə rəqibin avtoqolundan sonra sevincini bölüşərkən komanda yoldaşı Marko Qruiçi öpüb. Bəzi digər futbolçular da bir-birilərini qucaqlayıblar.

Mövsüm bərpa olunanda Almaniya Futbol İttifaqı (AFİ) futbolçulara tövsiyə edib ki, qol vurulan zaman sosial məsafəni gözləsinlər, qucaqlaşmasınlar və komanda yoldaşlarını öpməsinlər.

Bəs, “Herta”lı futbolçuların bu addımından sonra AFİ hansısa qərar verəcəkmi?

Qurumdan Almaniya mediasına bildirilib ki, qol sevinci zamanı qaydaların pozulmasına görə hər hansı cəza tətbiq edilməyəcək. Bununla belə, AFİ bir daha bütün oyunçuları sosial qaydalara riayət etməyə çağırıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA