axin.az

SON DƏQİQƏ

Salah “Real”ın təklifini rədd edib

17-05-2020, 15:10

Salah “Real”ın təklifini rədd edibMisir millisinin sabiq məşqçisi Hani Rəmzi bildirib ki, “Luverpul”un hücumçusu olan həmyerlisi Məhəmməd Salah “Real”ın təklifini qəbul etməyib.

Axin.az xarici mediaya istinadən xəbər verir ki, o, bu təklifin 2018-ci ildə irəli sürüldüyünü söyləyib:

“Həmin vaxt millinin baş məşqçisi Ektor Kuper idi. 2018-ci ilin martında komanda İsveçrədə hazırlıq keçirdi. Məhəmmədlə danışdım. O dedi ki, “Real”dan təklif alıb. Təklif yaxşı idi. Salah bunu mən və Kuperlə müzakirə etdi. Bundan sonra o, “Liverpul”da qalmağa qərar verdi. Çünki özünü orada daha komfortlu hiss edirdi”.

Qeyd edək ki, bundan iki ay sonra, 2018-ci ilin mayında “Liverpul” Çempionlar Liqasının finalında “Real”a 1:3 hesabı ilə uduzub. Həmin görüşdə Salah çiynidən ağır zədə alıb və bir müddət yaşıl meydandan uzaqda qalıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA