"Fənərbaxça"nın kapitanı Əmrə Belözoğlu Arda Turanla "İnstaqram"da canlı yayım edib.
Axin.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi canlı yayım zamanı futbola ilk başladığı dönəmi xatırladıb. O, aşağı yaş qruplarında Azərbaycana 5 qol vurduğu oyunu yada salıb:
"Futbola hücumçu kimi başladım. Aşağı yaş qrupu üzrə milli komandadakı ilk matçda Azərbaycana 5:0 hesabı ilə qalib gəlmişdik, 5 qolu da mən vurmuşdum".