axin.az

SON DƏQİQƏ

Karantinlə əlaqədar adada qalan azərbaycanlı dünya çempionundan xəbər var

2-05-2020, 13:49

Karantinlə əlaqədar adada qalan azərbaycanlı dünya çempionundan xəbər varTürkiyənin məşhur “Survivor” televiziya yarışmasında iştirakını dayandıran azərbaycanlı idmançı, kikboksinq üzrə dünya çempionu Pərviz Abdullayevin (“Kobra Pərviz”) may ayının 15-nə kimi ölkəyə qayıdacağı ehtimal olunur.

Məlumat üçün qeyd edək ki, realiti-şoudan kənarlaşdırılan altı iştirakçı koronavirusla əlaqədar Dominikan Respublikasını tərk edə bilmir.

Ötən gün yarışmanın yayımlandığı “TV8” kanalında canlı yayıma qoşulan iştirakçılardan biri Məryəm Kasap may ayının 10-15 tarixlərində adaya təyyarənin gələcəyini və ölkələrinə qayıtmaq ehtimallarının olduğunu bildirib. Lakin xanım iştirakçı əlavə edib ki, bu məlumat hələlik ehtimal olaraq qalır.

Məryəm Kasap həmçinin qeyd edib ki, yarışmada dizindən ciddi zədə alıb və müayinəyə ehtiyacı var.

Hazırda adanı tərk edə bilməyən keçmiş iştirakçılar otelə yerləşdiriliblər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA