axin.az

SON DƏQİQƏ

FIFA Şurasının üzvü: "Yol xəritəmiz hazırdır"

15-04-2020, 15:46

FIFA Şurasının üzvü: "Yol xəritəmiz hazırdır"“Bütün federasiyalar mövsümü tamamlamaq istəyir. Amma heç kim hökumətin və yerli orqanların qərarlarından kənara çıxmaq fikrində deyil”.

“axin.az”in məlumatına görə, bu fikirləri FIFA-nın İdarə Heyətinin üzvü Evelina Kristillin xarici mətbuata açıqlamasında deyib.

Funksioner UEFA-nın aprelin 23-də quruma üzv 55 milli assosiasiya ilə keçirəcəyi videokonfransın önəmini vurğulayıb: “Qəbul edilən bütün qərarları federasiyalara bildirəcəyik. Avropa Klublar Assosiasiyası və UEFA ilə birlikdə çalışırıq. Yol xəritəmiz hazırdır. İlk olaraq, sağlamlığı düşünürük. Daha sonra istəyimiz liqaları tamamlamaq və ən son məqsədimiz avqustda avrokubokları başa çatdırmaqdır”.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar dünyanın əksər ölkələrində yarışlar dayandırılıb. Hazırda Belarus, Tacikistan, Nikaraqua və Tayvanda çempionatlar keçirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA