axin.az

SON DƏQİQƏ

"Çelsi" dörd futbolçusu ilə danışıqları dayandırdı

26-03-2020, 16:58

"Çelsi" dörd futbolçusu ilə danışıqları dayandırdı"Çelsi" iyunda müqaviləsi başa çatacaq futbolçuları ilə yeni sözləşmə barədə danışıqları dayandırıb.

Axin.az "The Telegraph"a istinadən xəbər verir ki, London klubu Villian, Pedro, Olivye Jiru və Villi Kabalyero ilə danışıqlara fasilə verib.

Bildirilib ki, klub rəhbərliyi İngiltərə Premyer Liqasında mövsümün yekunu ilə bağlı qərarı gözləmək niyyətindədir. Çünki turnir sözügedən oyunçuların müqaviləsinin müddətinin bitəcəyi - 30 iyundan sonra başa çatdırıla bilər.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının oyunları aprelin 30-a kimi təxirə salınıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA