axin.az

SON DƏQİQƏ

Beynəlxalq Cüdo Federasiyası aprelin 30-dək bütün yarışları ləğv etdi

10-03-2020, 12:57

Beynəlxalq Cüdo Federasiyası aprelin 30-dək bütün yarışları ləğv etdi


Olimpiadaya lisenziya xalı verən cüdo üzrə üç beynəlxalq turnir ləğv olunub.

Axin.az xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsi verib.

Qurum aprelin 30-dək nəzərdə tutulmuş bütün yarışları ləğv edib. Bunlar Rusiyanın Yekaterinburq şəhərindəki “Böyük Dəbilqə” (13-15 mart), Gürcüstanın paytaxtı Tbilisidə (27-29 mart), Türkiyənin Antalya şəhərindəki Qran-Pri (3-5 aprel) və digər kontinental turnirlərdir. Həmin yarışlar koronavirus səbəbindən ləğv olunub.

Qeyd edək ki, daha əvvəl cüdoda 6-8 mart tarixlərində Mərakeşin paytaxtı Rabatda keçirilməsi nəzərdə tutulmuş Qran-Pri ləğv olunmuşdu. Bütün bu yarışlarda Azərbaycan idmançıları da yarışmalı idi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA