Rusiyaya səfər etmək istəyən “Yuventus”un əfsanəvi futbolçusu Alessandro del Pyero koronavirusa görə çətinliklə üzləşib.
Axin.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ölkəsində geniş yayılmış xəstəlik səbəbindən Del Pyero Rusiyanın 2 baş konsulluğuna (Milan və Genuadakı) gedə bilməyib. Bu səbəbdən o, Rusiya vizası almaq üçün Los-Ancelesdən İrəvana yollanıb.
Məlumata görə, Rusiyanın Ermənistandakı səfirliyindən viza alaraq Moskavaya yola düşüb.