axin.az

SON DƏQİQƏ

“Barselona”nın səhifəsinə hücum etdilər – Aləmi bir-birinə vurdular

16-02-2020, 17:30

“Barselona”nın səhifəsinə hücum etdilər – Aləmi bir-birinə vurdularFevralın 15-də hakerlər “Barselona”nın rəsmi Tvitter səhifəsinə hücum ediblər.

Axin.az xəbər verir ki, “OurMine” adlı qrup sosial şəbəkədəki hesabı yararaq ora daxil olub və hətta bir neçə səhifədə paylaşım da edib. Onlardan biri belə olub: “Salam. Biz “OurMine” qrupuyuq. Biz bir neçə şəxsi mesajı oxuduq. Görünür, Neymar qayıdır”.

Bundan başqa, “Barselona”nın rəsmi ərəb səhifəsində klubun prezidenti Jozep Bartomeunu istefaya çağıran həştəq paylaşılıb.

Daha sonra “Barselona” özü rəsmi açıqlama yayaraq səhifəyə hücum olduğunu, kənar mesajlar paylaşıldığını və onların silindiyini yazıb. Baş verən bu hadisəyə görə klub üzr istəyib.

Qeyd edək ki, 2017-ci ildə də adıçəkilən haker qrupu “Barselona”ın rəsmi Tvitter səhifəsinə hücum edib.

“Barselona”nın səhifəsinə hücum etdilər – Aləmi bir-birinə vurdular
“Barselona”nın səhifəsinə hücum etdilər – Aləmi bir-birinə vurdular


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA