Özünü Həqiqət Sosialist Hərəkatın üzvü kimi təqdim edən Ənvər Cəlilov Xətai rayonu ərazisində qanunverciliyin tələblərini pozduğuna görə saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən "Axin.az"a verilən məlumata görə, yanvarın 30-da rayon ərazisində yerləşən məktəblərin birinin qarşısında onun seçki lövhəsinə seçicilərin əleyhinə reklam kağızları yapışdırmaqla ictimai qaydanı pozması müəyyən olunub.
Vətəndaş müvafiq olaraq ərazi üzrə polis bölməsinə gətirilməklə əməlinin hüquqazidd olması ona izah olunub və barəsində İnzibati Xətallar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub.
Onun əməllərində inzibati xətanın tərkib elementləri olduğundan qanunverciliyə uyğun olaraq, müvafiq tədbir görülməklə sərbəst buraxılıb.