Axin.az xəbər verir ki, Şəki-Bakı marşrut xətti üzrə hərəkət edən "Ford Tranzit" markalı sərnişin mikroavtobusu qarşıdan gələn "VAZ 21099" markalı minik avtomobili ilə toqquşub
BAKI, 20 yanvar Göyçay-İsmayıllı avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı beş nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva məlumat verib. O bildirib ki, mikroavtobus ilə minik avtomobili toqquşub: "Hadisə zamanı bir nəfər vəfat edib. Xəsarət alan beş nəfər İsmayıllı Rayon Xəstəxanasına gətirilib. İkisinin vəziyyəti ağırdır. Reanimasiya şöbəsinə yerləşdiriləcək".
R.Əliyeva söyləyib ki, yaralılardan digər üçünə isə ambulator yardım göstərilib.
Göyçay-İsmayıllı avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi.