axin.az

SON DƏQİQƏ

Ukraynada kişi 7 nəfəri güllələyərək öldürdü

22-05-2020, 14:41

Ukraynada kişi 7 nəfəri güllələyərək öldürdü
Ukraynada 58 yaşlı kişi şəxsi münaqişə zəminində 7 nəfəri güllələyərək öldürüb.

“Axin.az” xəbər verir ki, bunu “Facebook”da ölkənin daxili işlər nazirinin müavini Anton Geraşenko bildirib.

Hadisə Ukraynanın Jitomir vilayətində baş verib. Öldürülən şəxslər göl sahilində istirahət edirmiş.

A.Geraşenkonun sözlərinə görə, kişi ov tüfəngi ilə öncə 2, daha sonra isə yatmış vəziyyətdə olan 6 nəfəri güllələyib. Həmin şəxslərdən 7 nəfər ölüb. Yalnız bir nəfər güllə səslərini eşidərək meşəyə qaçıb və sağ qalıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun kimliyi açıqlanmayıb. O, məhkəmə-psixiatrik ekspertizaya göndəriləcək.

“Düşünürəm ki, məhkəmə 7 nəfəri həyatından edən insana ömürlük həbsdən başqa cəza verməyəcək”, - nazir müavini əlavə edib.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA