axin.az

SON DƏQİQƏ

Qadağalara baxmayaraq, ölünü yudular və koronavirusa yoluxdular

20-05-2020, 11:06

Qadağalara baxmayaraq, ölünü yudular və koronavirusa yoluxdularİndoneziyanın Sidoarco şəhərində Səhiyyə Nazirliyinin tövsiyələrinə baxmayaraq, ölünü yuyublar, nəticədə, koronavirusa yoluxublar.

Bununla bağlı “Asia One” portalı məlumat yayıb.

Bildirilib ki, koronavirus diaqnozu qoyulan sakinlərdən biri xəstəxanada ölüb. Möhürlü plastik paketdə tabuta qoyulan cəsəd ailənin sorğusuna müvafiq olaraq evinə göndərilib.

Lakin infeksiyanın yayılmasına qarşı qoyulan tələblərə rəğmən, qohumlar və qonşular ənənəvi dəfn ritualı keçiriblər, o cümlədən, mərhumun cəsədini tabutdan çıxararaq yuyublar.

Nəticədə, azı 15 nəfər koronavirusa yoluxub.

Son məlumatlara görə, İndoneziyada 18 496 nəfər koronavirusa yoluxub. Onlardan 1 221 nəfəri ölüb, 4 467 nəfəri isə sağalıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA